MENARRUSA XOŞ GƏLDİNİZ!

                                  MENARRUS NƏDİR ?



MENARRUS- Mental Arifmetik  dedikdə kağız, qələm, kompüter və ya kalkulyator kimi hesab vasitələrindən istifadə etmədən yalnız insan beyni vasitəsi ilə həyata keçirilən hesablama nəzərdə tutulur. Bir sözlə, şifahi hesablama. MENARRUS Mental Arifmetika proqramı 4-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur  və  uşaq  beyninin hərtərəfli inkişafına yönəlmişdir.



                        MENARRUSLA UŞAQ NƏ QAZANIR:

 


  • İnkişaf etmiş məntiq


  • Yüksək IQ


  • Güclü yaddaş və müşahidə bacarıqları


  • Fotonmenal yaddaş


  • Diqqət


  • Zəngin yaradıcılıq


  • Diqqət və konsentrasiya


  • Zəngin təxəyyül


  • Müstəsna qabiliyyətli, hesab

  •  

  • Eyni zamanda bir neçə işi gormək bacarığı. (şer demək və hesablamaq, mahni oxumaq və heablamaq və s.)

  •  

 


                                  Niyə məhz bu yaş?

 

 

Uşaqlarda yaddaş və intellektin  75%-i  3 – 7 yaş arası formalaşır. Intellektin inkişafi isə 5 yaşında formalaşır. Baş beyinin ən intensiv inkişaf dövrü isə 16 yaşına kimi fəaliyyət göstərir. Buna görə kiçik yaşlarından uşaqlara xarici dil öyrənmək, rəqsə getmək, musiqi alətlərində ifa etmək, digər fəaliyyət növləri ilə məşqul olmaq tövsiyə olunur , çünki məhz bu cür fəallıq beynin fəaliyyətini stimullaşdırır və bununla da təlim prossesi daha da asanlaşır.

Psixi inkişafa kömək edir.
Bu hesablamanı həyata keçirmək üçün Sizə neçə saniyə vaxt lazımdır 32х76=?. Ancaq qələm, kağız və ya digər yardımçı əşyaların köməyi olmadan. Yəni, yalnız beyninizi istifadə edərək ... Ağırdır?

Amma uşaqınız bunu edə bilər. MENARRUS Mental Arifmetik  proqramı vasitəsi ilə uşağınız həmçinin müxtəlif mürəkkəb riyazi məsələləri bir neçə saniyə içərisində şifahi olaraq həll etmək bacarığına malik olacaq. MENARRUS Mental Arifmetik  proqramı uşağıniza nəinki sürətli şifahi hesablamalar aparmağa, həmçinin beyninin hər iki yarımkürəsini eyni zamanda bir bütöv olaraq inkişaf etdirməyə kömək edəcək.

 

 

 

 

                               ABAKUS 

 

 

Abakus –hesab üçün nəzərdə tutulmuş çərçivə, çubuqlar və muncuqlardan ibarət hesab lövhəsidir. Təqribən 4500 il bundan əvvəl yaranmışdır. Quruluşuna görə bu gün istifadə etdiyimiz Abakusdan azca fərqlənənn hesab lövhəsindən  hələ qədim Mesopotamiyada Şumerlər istifadə etmişdir.

Bu günümüzə kimi gəlib çatan ən qədim abakus mərmər parçası üzərində 150х75 sm-lik cizgilər olan lövhə şəklindədir.  Bu cizgilərin üzərində  kiçik daşlar yerləşdirilirdi ki, bu da bizə tanış olan abakusun muncuqları rolunu oynayırdı. Bu abakus 1846-cı ildə Yunan adası olan Salamisdə aşkar olunmuşdur.

Öz formasına görə müasir abakusu daha cox xatırladan abakus isə 2200 il bundan öncə Uzaq Şərqdə aşkar edilmişdir.  Uzaq  Şərq mədəniyyətinin minilliklər boyu ayrılmaz hissəsi olan bu sadə hesab aləti əslində güclü bir kompyuterdir. XV əsrdə Çindən Yaponiyaya keçən abakus arıq çərçivə,  çubuqqlar və muncuqlardan ibarət idi. Elekron kalkulyatorların fəal tətbiqinə baxmayaraq abakus bu gün də Yaponiyada geniş istifadə olunur və məktəblərdə aşağı sinif şagirdərinin hesab təliminin ayrılmaz hissəsidir.

2005-ci ildə "Forbes" jurnalı abakusu insaniyyət tarixində sivilizasiyaya daha cox  təsir edən bütün zamanların ikinci mühüm kəşfi adlandırıb.