METODIKA
MENARRUS Mental Arifmetika proqramının məqsədi riyazi dahilər yetişdirmək deyil, riyaziyyatın köməyi ilə şagirdlərin beyninin sag və sol yarımkürələrini inkişaf etdirməkdir.
Abakusun köməyi ilə MENARRUS iki əlin eyni zamanda hərəkəti texnikasına əsaslanaraq beynin sol və sağ yarımkürələrinin paralel inkişafına yardım edir. Aparılan elmi tədqiqatlar sübut etmişdir ki uşaq beyninin hər iki yarımkürəsinin bərabər şəkildə inkişafı nəticəsində uşaqlarda düşüncə, məntiq, yaddaş, təxəyyül və eyni zamanda bir neçə iş görmək qabiliyyəti inkişaf edir.
MENARRUS əyləncəli təlim prinsipi üzrə işləyir və bununla yanaşı hərtərəfli inkişaf proqramını həyata keçirir. MENARRUS dərslərində aşagidakı metodikalardan istifadə olunur:
Hər iki əlin eyni zamanda istifadə olunması : Şagirdlər beynin sağ və sol yarımkürələriini istifadə edir , bu isə beynin bütov bir şəkildə inkişaf etməsinə təkan verir.
Klassik musiqi ilə relaksasiya : Şagirdlərdə konsentrasiya və diqqəti inkişaf etdirir.
Sürətli hesablama : Şagirdlərdə sag vəsol beyinin daha sürətli çalışmasına təkan verir.
Visual Anzan (əyani nümunələr istifadə edərək hesablama): uşaqlarda təxəyyül, konsentrasiya və sürətlli hesablama bacarıqlarını inkişaf etdirir.
MENARRUS animasiya: Şagirdlərin diqqətini, yaddaş və təxəyyülünü inkişaf etdirir.
MENARRUS şagirdə fərdi yanaşma üsulundan istifadə edir və hər bir şagirdi onun şəxsi tempində inkişaf etdirir.
Məlumdur ki beynin sol yarımkürəsi daha analitikdir və dəqiqdir.Beynin sol yarımkürəsində hər bir hal ayrı-ayrılıqda təhlil olunur . Sol beyinli insanlar meseleni ilk öncə araşdirır sonra rəy bildirir.
Beynin sağ yarımkürəsi isə əksinə daha emosiyanaldır, intuisiya və yaradıcılıq mənbəyidir. Sag beyinli insanlar daha romantik, xəyalpərəst və incəsənətə daha çox meyilli insanlardir.
İnsan beynini n bütün mühüm nailiyyətləri iki yarımkürənin ahəngdar , qarşılıqlı çalışmasının nəticəsidir. Hər hansı problemin həlli ilk öncə intuitiv sıçrayış (sağ yarımkürə ), sonra isə məlumatların ağlabatan məntiqi təhlili (sol yarımkürə) zamanı baş verir.
Sağ beyin olmasaydı faydalı fikirlər olmazdı , sol beyinsiz isə bu kimi fikirlərin faydalı həlli olmazdı.
Sag beyin təhlükəsizliyimizi və müdfiəmizi təmin etdiyi halda, sol beyin hücum, təcavüzü təmin edir. Lakin hər iki yarımkürə arasında harmoniya və münaqişə fəaliyyət göstərə bilər.
Əgər insan beyninin bir yarımkürəsi dominantlıq təşkil edirsə, digər yarımkürəsi zəif və passiv olur. Belə halda, insan problemi yalnız beyninin bir yarısı ilə həll edir.
Lakin insan beyninin quruluşu, onun hər iki yarımkürəsinin bütöv bir tam olaraq çalışa biləcəyi şəkildədir. Məsələn yaşam uğrunda mübarizədə insan beyninin hər iki yarımkürəsini birdən istifadə etməlidir.
Heç bir yaradıcııqdan istifadə etmyərək hər bir fikri elmi məntiqə əsaslanaraq düşünüb reallaşdıran insanlar yalnız sol beyinlərini istifadə etmiş olurlar.
Elə adamlar da vardır ki yalniz sağ beyinlərini istifadə edərək öz xəyal dünyalarında şəxsi fantaziya və fikirləri ilə yaşayırlar.
Elə insanlar da vardır ki,beynin hər iki yarımkürələrini inkişaf etdirərək həyatlarını həm rasional, həm də emosional yaşayırlar.
Beynin sol və sağ yarımkürələrinin funksiyaları:
Sol beyin
Məntiq
Ardıcıllıq
Simvollar
Zəka
Dil
Rəqəmlər
Rasionallıq
Konkretlik
Yarımkürənin dominantlığı ilə insanlar arasındakı fərq:
Beynimiz səthi gırışlarla dolu yarıya bölünmüş qoza bənzəyir.
Bəzi insanlar çox yaxşı şəkil çəkir , amma onlar üçün hesab çox çətindir, Məsələn, səkkizin üzərinə doqquz gəlmək. Heç düşündünüzmü niyə? Ya da nə üçünbəzi insanlar üçün bir səhifəlik qısa bir imla yazmaq çətin olduğu halda onlar çətin problemləri asanlıqla həll etmək qabiliyyətinə malikdirlər? Bu beynin hansı yarımkürəsinin daha dominant olmasından irəli gəlir.
Dominant sağ beyinə malik olan insanlar daha yaradıcı olurlar. Belə insanlarda hər şeyə vahid baxış olur.Sağ beyin həmçinin musiqi və poeziya ilə baglı olur.
Sol beyin isə daha rasional və analitik olur. Belə insanlar daha cox riyaziyyyat və dəqiq elm sahələrində uğur əlldə edilər.
Beynin sağ yarımkürəsi məlumatı tam şəkildə qəbul edir. Sol yarımkürə isə onu təhlil edir, araşdırır.
Adətən, hüquqşünas, kimyagər, riyaziyyatçı və mühasiblərin sol beyni dominanlıq təşkil edir, Çünki, bu peşələrin tələbi məntiq və analitik düşüncədir.
Əsasən, musiqiçilər, aktyorlar və rəssamlarda sağ beyin dominanlıq təşkil edir, çünki sağ beyin qavrama, rəng, şəkil və s xüsusiyyətlərə cavabdehdir.
Dominant sol beynli insanlar, her bir problemə sistemli yanaşır.Bu kimi insanlar hər şeyi təhlil edir və məntiqi nəticə çıxarır. Belə insanlar riyaziyyat və elmi fəaliyyətdə daha çox uğur qazanır.
Dominant sağ beyinli insanlar yaradıcıdırlar. Bu kimi insanlar qaydaları inkar etmək xüsusiyyətinə meyllidirlər. Onlar hər zaman özlərini ifadə etmək üçün yol axtarırlar,. Şifahi imtahanlarda belə insanlar daha çox uğur qazanır.
Sol beyin fikirləri sözlə ifadə etdiyi halda, sag beyin fikirləri visual olaraq ifadə edir.
Adətən fikirləri visual ifadə etmık bacarığına uçaglarda daha çox rast gəlinir və bu bacarıq əsasən yuxu və xəyal gücündən qaynaqlanır.
Bəzi valideynlər düşünür ki, xəyal qürmaq, boşuna vaxt keçirtmək deməkdir, lakin onlar yanılırlar.
Yalnıız təxəyyül, vizual düşüncə çox əhəmiyyətlidir. Bütün böyük ixtiralar əvvəlcə insan şüurunda rəsm kimi və ya yuxuda formalaşmışdır. Bir şəkil min sözə dəyər. Vizual fikirlər şifahi fikirlərə nisbətən insan şüurunda, daha güclü iz buraxır.
Yaşadığımız cəmiyyət şifahi fikirlərə daha çox əhəmiyyət verə bilər, ancaq belə görünür ki, vizual fikir var,və beyin üzərində daha çox hakimiyyətə mallikdir
Sag beyin
Intuisiya
Obrazlılıq
Hissiyat
Ritm
Rəng
Emosionallıq
Abtrakliq


MENARRUS haqqında elmi tədqiqatlar.
İnformatika və elmlər .mərkəzi olan Nippon tibb məktəbinin elmi işçisi xanım Kimiko Kavano yazır:
İstifadəçilərin obrazlı düşüncəsi ensefoloqrafiyanın köməyi ilə müxtəlif növ fəaliyyətlər zamanı on il ərzində öyrənilmişdir. Tədqiqat oncəsi subyektlər əsasən şagirdlər idi. Biz onları musiqiyə qulaq asdırır və onlara riyazi hesablamalar həll etdirirdik onların zehni fəaliyyətinin tədqiqatı üçün isə EEG cihazından istifadə edirdik.
Sonra isə statistik məlumatların təhlili zamanı,iki yüzdən çox tələbədən əldə edilmiş testlərin nəticəsi olaraq, gördük ki, beynin fəal sahələrinə təsir edən dalğa tendensiyası, musiqiyə qulaq asarkən sağ beyində, riyazi hesablamalar apararkən isə sol beyində aktivləşir.
Bu fərziyyə təsdiq edir ki, şəkillər, təsvirlər, musiqinin qavranılmasında sağ beyin istifadə olunduğu halda , məntiq və hesablamalarla sol beyin məşğul olur.
Sağ yarımkürənin neyron fəallığı:
Şifahi hesablamalarla bağlı təcrübə zamanı cox gözlənilməz bir faktla qarşılaşdıq.
Adətən sol gicgah sahəsi hesablanmalar üçün istifadə olunur, lakin bu təcrübədə demək olar ki, bu sahə tamamilə, istifadə edilməmişdi. Bunun əksi olaraq dalğalar sağ gicgah sahəsində əmələ gədmişdi.Başqa sözlə, şagird hesablamaların həyata keçirilməsində sağ yarımkürədən istifadə etmişdi.Mən nəticədən tam əmin ola bilməzdim, çünki bu bir insanın verdiyi nəticə idi ,belə ki istisnalar həmişə var və bəzi insanların beyin dalğaları da fərqli ola bilərdi. Buna baxmayaraq, biz eyni tədqiqatı başqaları ilə də apardıq. Nəticələr kiçik fərqlərlə demək olar ki, eyni idi. Biz onlardan şifahi hesablamaları necə apardıqlarını soruşduq və tələbələrin əksəriyyəti eyni cavabı verdi.Tələbələr xəyallarında abakusu canlandıraraq hesablamalar aparırdılar.
Şifahi düşüncə və şəkillərin təhlili
Bir qayda olaraq, adi insanlar riyazi hesablamaları şifahi edə bilirlər . Onlar riyazi anlayışları sözləri toplayırlar. Digər tərəfdən, istifadəçilər rəqəmləri vizual olaraq şəkil kimi gəbul edərək hesablayırlar. Onlar rəqəmləri sözlə əvəz etmir, şəkil olaraq gəbul edirlər. Bu fərq EEG cihazında da aydın görünür. Bəzi mütəxəssislər abakusdan bir çox şeyi xatilrlamaq və ya yadda saxlamaq üçün istifadə edirlər məsələn bir səhifə dərslik və tarixi hekayələri. Abakusda hesab nəinki mütəxəssislər üçün, həm də yeni başlayanlar üçün çox faydalıdır.
Rəqəmlərin şəkil olaraq təsəvvür edilməsi toplama və çıxma kimi hesablamarın həllini olduqca asanlaşdırır. Bu sistem uşaqlara onluqlar sistemini və rəqəmlərin mövqeyini. dərk etməyə imkan verir . Abakusda hesablamalar aparan uşaqlar üçün bu hesablama metodu daha əyləncəli olduğundan olar riyaziyyyatı daha çox sevməyə başlayır və digər fənnlərdə də uğur qazanırlar.
Müasir təhsil nəzəriyyəsi mexaniki əzbərə yönəlmişdir. Nəzəriyyə, əlbəttə, vacibdir, ancaq bir çox tələbələr dərslərini yalnız nəzəriyə vasitəsi ilə qavraya bilmirlər. Mən hesab edirəm ki, obrazlı təfəkkürün səmərəli tətbiqi insan yaradıcılığına və onun ilham almasına kömək edir.
Beynimizi nə qədər cox istifadə edirik?
Alimlər hesab edirlər ki, insan beyni istifadə olunduğundan daha böyük potensiala malikdir. Xüsusilə sağ beynimiz vizual yaddaş, güclü təxəyyül , yaradıcılıq və kreativliyə malikdir. Lakin, bu potensial əksər insanlar tərəfindən istifadə olunmur. Bu səbəbdən də, biz boyük potensiyala malik sağ beynimizi istifadə etməliyik və bununla da beynimizin hər iki yarımkürəsini paralel şəkildə inkişaf etdirməliyik.
Beyin fəaliyyətinin yaxşılaşdırılması üçün şahmat və ya bulmacalardan başqa konkret üsul varmı ? Bəli! Yəqin ki, ən effektiv metod əqlin inkişafında gözəl nəticələr əldə etməyə imkan verən mental arifmetik proqramı olan MENARRUS dur.