MENARRUS TƏLİM PROQRAMI
Bütün proqram 4 kursa bölünən 250 saatı (24 ay) əhatə edir. Dərslər həftədə 3 akademik saat olmaqla həyata keçirilir.
Yaş qrupları:
-
4-6 yaş
-
7-9 yaş
-
10 - 12 yaş
-
12 - 16 yaş
Proqramin ilk mərhələsində şagirdlər beynin hər iki yarımkürəsinin çalışmasına səbəb olan, Abakus üzərində iki əl ilə eyni anda hesablamalar aparırlar.
Ondan sonrakı mərhələdə şagirdlər Abakusu bir kənara qoyub rəqəmləri göz önündə canlandıraraq,, xarakterik əl hərəkətləri ilə mental şəkildə hesablamalar aparırlar . Bu zaman fotomenal yaddaş inkişaf edir və beynin sağ və sol yarımkürəsi arasında əlaqə möhkəmlənir. Bu üsulla həyata keçirilən hesablama daha sürətli olur.
MENARRUS proqramınin son mərhələsində şagirdlər yüksək sürətlə riyazi hesablamalar aparır və nəzərə çarpan xarakterik əl hərəkətlərindən azad olurlar.
Avadanlıq və texnika
Mental Arifmetik dərsləri kompüter, interaktiv ekran, maqnit-markerli lovhə və böyük müəllim Abakusu ilə təchiz edilmiş siniflərdə.aparılır. Proqramın özəl dərslikləri vardır. Bundan əlavə, hər bir şagirdin hər gün evdə 15-20 dəqiqə MENARRUS ANZAN proqramı ilə məşqul olması üçün şəxsi MENARRUS ONLİNE otağı vardır. Həmçinin MENARRUS proqraminda yardımçı oyunlar və müsabiqələr də nəzərdə tutulmuşdur. Dərs zamanı videomateriallardan da geniş istifadə olunur. Bunun sayəsində bütün dərslər oyun şəklində keçir və uşaqlar qətiyyən yorulmur.
Şagirdlər üçün əsas hesablama vəsaiti isə12-17 çubuqdan ibarət hər çubuqda 5 muncuq olan Abakusdur . Mental Arifmetik dərsləri zamanı bütün hesablamalar Abakus üzərində həyata keçirilir. Şagirdlər müəllim tərəfindən verilən taşıırıqları dərslik və Abakusun köməyi ilə , həmçinin mental (abakus muncuqların visual təsfir etməklə) şəkildə həyata keçirirlər.
MENARRUS – bu, unikal, rəngarəng, şən proqram şagirdləin nəinki riyazi bacarıqlar qazanmasına ən asası beyinlərinin sağ və sol yarımkürələrini parallel inkişaf etdirmələrinə kömək edir.
MENARRUS şagird dəsti hər bir şagird tərəfindən bir dəfə əldə edilir, (rəngarəng çantanın içərisində 6 kitab və abakus var) və iki dərs ilini əhatə edir.